Türkiyəli aktyor Kıvanç Tatlıtuğ ötən gün restoranların birindən çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 8 aylıq oğlu Kurt Efe barədə danışıb:
"Mənə bənzəyir, sarışın, rəngli gözlüdür. Çox tez böyüyür, Allah istəyən hamıya qismet etsin. Çox əyləncəlidir, onunla həyatım dəyişdi, həyat ondan əvvəl və sonra deyə, ikiyə ayrılır. Başaka sevə-sevə dəstək oluram, həyat müştərəkdir, hər şeyi paylaşırıq. Hər anı başqa bir təcrübədir, gözəl duyğudur".
Aktyor həmkarı Beren Saatla yenidən tərəf müqabili olması barədə də fikir bildirib:
"Çox əyləncəli idi, möhtəşəm. Berenlə çalışmaq çox rahatdır. Vaxt su kimi axıb keçdi. Çox gözəl iş alındı".
Aktyor əlinin üzərinə etdiyi yeni döyməsiylə də diqqət çəkib: "Bir mənası var, ağlıma əsdi etdirdim. Mənası mənə qalsın".
Tatlıtuğ eyni zamanda oğlunun doğuldu zaman əlini tutaraq çəkdiyi fotonu da qoluna döydürüb.

