Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak “Rostec”in rəhbəri Sergey Çemezovdan üzr istəyib.
Axşam.az xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb. Aparıcı həmkarları Kirill Suxanov, Aryan Romanovski və Tamerlan Bigaevin işində heç bir siyasi kontekstin olmadığını bildirib. Sobçak vurğulayıb ki, onlar baş verənlərdən peşmandırlar:
"Həmkarlarımın hərəkətləri nəticəsində Çemezova zərər dəydiyinə görə təəssüflənir, buna görə ondan üzr istəyirəm".
Qeyd edək ki, bundan əvvəl Sobçakın sözügedən dövlət korporasiyasının ofisinə gələrək şirkətin kommersiya direktoru Kirill Suxanovdan pul tələb edib. Daha sonra barəsində cinayət işi açılan teleaparı ölkəni tərk etmişdi. Bu yaxınlarda Rusiyaya qayıdan Sobçakın Çemezovla şirkətin ofisində görüşünün olacağı planlaşdırılır.