Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum müğənni Ahmet Kayanın Fransanın paytaxtı Parisdə yerləşən məzarının Türkiyəyə köçürülməsini istədiklərini bildirib.
Axşam.az xəbər verir ki, Ərdoğan bu barədə 21 il öncə Fransada vəfat edən ifaçının ailəsinə müraciət edildiyini, lakin müsbət cavab almadıqlarını vurğulayıb:
"Ailə müsbət yanaşmadığına görə, məzarını köçürdə bilmədik. Halbuki o, bu torpağın adamıdır. Həmin gecə ona edilənləri unuda bilmərik. Bağışlayın, bəziləri “niyə belə deyirsiniz” deyə əsəbiləşir, amma bu ağ türklər, nə etdiklərini bilirik. Normalda "Ahmet Kaya belə, Ahmet Kaya elə", bəs o gecə etdiyiniz nədir? Nələr demədilər? Sizə (red. - Diriliş şairi Sezai Karakoç və ifaçı Ahmet Kaya) bir daha rəhmət diləyirik. Ancaq transplantasiya təklifimiz hələ də masadadır. Bu təklifin dəyərləndirilməsi ilə uyğun addım atıla bilər. Çünki bu torpaq onun torpağıdır. Nə vaxt ailə bu məsələyə qərar verəcək, adımı da ona uyğun atacağıq. Çünki Fransada yəqin ki, bu ölkədəki qədər sevəni olmayacaq”.
Qeyd edək ki, haqqında bir çox iddialar ortaya atılan Kaya dəfələrlə həbs olunmaq təhlükəsi ilə üz-üzə qalıb. İfaçının vaxtilə kürd dilində mahnı səsləndirdiyinə görə məşhurların da daxil olduğu bir qrup insan tərəfindən masalardan ona çəngəl, bıçaq atılması uzun müddət müzakirələrə səbəb olmuşdu. O, 1999-cu ildə ölkəni tərk edib və 2000-ci il 16 noybrda Fransada ürək tutmasından vəfat edib. Onun dəfnində 30 mindən çox insan iştirak edib.
