“Simpsonlar” cizgi serialının prodüseri El Cin tviter hesabında ("Trampstatik səyahət") "Trumpstatic Journey" adlı qısa epizoddan paylaşdığı kadr müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, prodüser bununla ekran işinin yeni proqnozu olduğunu bildirib. Paylaşımda 2015-ci ildə uçan Homer Simpson (red. - animasiyanın əsas personajlarından biri) və "Tramp 2024" yazılan prezident seçki kampaniyası posterini əks etdirən bir kadr yer alıb.
Belə ki, Amerikanın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə yenidən bu vəzifəyə namizədliyini irəli sürəcəyi iddia olunub.
Bundan əvvəl Donald Tramp 2024-cü ildə üçüncü dəfə Respublikaçılar Partiyasından prezident seçkilərində iştirak edəcəyini təsdiqləyib.
“Amerikanı yenidən möhtəşəm və gözəl etmək üçün mən bu gecə ABŞ prezidentliyinə namizədliyimi irəli sürürəm” deyən Tramp 2024-cü ildə prezident Co Baydeni məğlub edəcəyinə söz verib.
O, sonda "Amerikanın qızıl dövrü hələ qabaqdadır" deyə, vurğulayıb.
