Məşhur aktyor mükafatlandırma gecəsinə qatılmayacaq

Məşhur aktyor mükafatlandırma gecəsinə qatılmayacaq
507 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı aktyor Brendan Ceyms Freyzer "Qızıl Qlobus" mükafatlandırma mərasiminə qatılmayacağını açıqlayıb.

Axşam.az xəbər verir ki, aktyor buna səbəb onun 2003-cü ildə Hollivud Xarici Mətbuat Assosiasiyasının (HFPA) prezidenti Filipp Burk tərəfindən təqib edilməsinin olduğunu bildirib.

Hətta bundan sonra aktyor bir müddət filmlərə çəkilməyi dayandırmışdı. Brendan Filippin hərəkətinə görə, cəzalandırılmamasına cavab olaraq gecəyə qatılmamaq qərarı alıb.

Qeyd edək ki, Brendan "Balina ("The Whale") filmindəki roluna görə sözügedən mükafata namizəd seçilib.