Türkiyəli aktrisa Dilan Çiçek Dənizin nişanlısı, islandiyalı rejissor Thor Saevarssondan ayrılması ilə bağlı iddialar öz təsdiqini tapıb.
Axşam.az xəbər verir ki, cütlük sosial media üzərindən bir-birini izləmədən çıxarıb. Bundan başqa, ikili birgə çəkdirdikləri fotoları da hesablarından siliblər.
Xatırladaq ki, bir müddət əvvəl Dilanla Thorun restoranların birində qısqanclıq səbəbindən mübahisə etdiyi bildirilmişdi.
Qeyd edək ki, Dilan sonuncu dəfə "Kusursuz kiracı" serialında rol alıb.