Dünya şöhrətli futbolçular Kriştiano Ronaldo ilə Lionel Messi birgə yer aldıqları fotonu sosial media hesablarında paylaşıblar.
Axşam.az xəbər verir ki, portuqaliyalı və argentinalı hücumçular brendlərdən birinin reklamı üçün ilk dəfə bir araya gəlib.
Onların birgə fotosu sosial media izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

