ABŞ Prezidenti Co Baydenin nəvəsi Naomi Kinq Bayden hüquqşünası sevgilisi Piter Corc Herman Nilə ərə gedib.
Axşam.az xəbər verir ki, bu barədə Amerika Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, cütlüyün toyu Ağ Evdə olub.
Nikah mərasimindən sonra şam yeməyi və daha sonra toy şənliyi təşkil olunub. Mərasimdə iki yüz əlliyə yaxın qonaq iştirak edib.






