"Fövqəltəbii" serialındakı "Meq Master"s rolu ilə tanınan amerikalı aktrisa Niki Aykoks vəfat edib.
Axşam.az xəbər verir ki, koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya müraciət edən 47 yaşlı aktrisaya leykemiya diaqnozu qoyulub. O, bir neçə kurs kimyaterapiya və kök hüceyrə transplantasiyası keçirsə də, xəstəliyə məğlub olub.
Qeyd edək ki, Niki "Law & Order", "The X-Files" və "Ally McBeal" kimi bir çox seriallarda rol alıb.