Aktyorların olduğu avtobus qəzaya düşdü - 3 ölü, 8 yaralı

Aktyorların olduğu avtobus qəzaya düşdü - 3 ölü, 8 yaralı
4388 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Amasya bölgəsində teatr aktyorlarını daşıyan nəqliyyat vasitəsi qəzaya düşüb.

Axşam.az xəbər verir ki, "Baş belası" adlı teatr oyununda rol alan aktyorların olduğu mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Belə ki, Çorumdan Samsuna gedən nəqliyyat vasitəsini Aykut Bektaş idarə edib. "52 ADK 527" dövlət nömrə nişanlı mikroavtobus eyni istiqamətdə hərəkət edən Hacı Əhməd Kılıçın idarə etdiyi "42 FES 27" dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Hadisənin ardından əraziyə polis, xilasetmə və təcili tibbi yardım qrupları cəlb edilib.

Qəzada mikroavtobusda olan sərnişinlərdən üçü - Özgür Karataş, Tolga Güleryüz və Burak Topçu həyatını itirib.

Sürücü də daxil olmaqla Özgür Ayaz, Burak Gülçebi, Filiz Özbek, Melis İşiten, Sergen Deveci, Uğur Şalvarcıoğlu və Ceyhun Fersoy isə Merzifon və Suluova Dövlət Xəstəxanalarına aparılıb.