Dünya şöhrətli futbolçular Kriştiano Ronaldo ilə Lionel Messinin birgə yer aldıqları şəklin fotoşop olduğu ortaya çıxıb.
Axşam.az xəbər verir ki, İspaniyanın “Marca” qəzeti özünün yutub kanalında fotonun çəkilmə anlarını yayımlayıb. Görüntülərdə hücumçuların müxtəlif günlərdə çəkilişə gəldiyi və şəklin montaj olduğu əks olunub.
Qeyd edək ki, sözügedən foto sosial media seqmentində maraqla qarşılanıb və hər iki futbolçunun paylaşımına milyonla bəyənmə gəlib.
