"Sezercik" dördüncü dəfə evlənib - Foto

"Sezercik" dördüncü dəfə evlənib - Foto
1563 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk filmlərindəki "Sezercik" obrazı ilə tanınan aktyor Sezer İnanoğlu dördüncü dəfə evlənib.

Axşam.az xəbər verir ki, aktyor bu dəfə uşaqlıq dostu, memar Seyhan Eyiçalışla ailə qurub. Cütlük apreldə nikah masasına əyləşib. Bu barədə Seyhan açıqlamasında bildirib:

“2001-ci ildə qısa bir münasibətimiz oldu. Sezer mənə "evlənəcəyik" deyirdi. Bir dəfə şam yeməyinə çıxdıq. Məni evlənməyə razı saldı. Çox dəyərli anası Aysel xanımla birlikdə türk adətlərinə görə məni ailəmdən istədilər. Dayısı Türker bəy xəstə olduğu üçün gələ bilməmişdi. Sezeri sevirəm. Məndən yalnız bir şey istədi: malikanədə anası ilə birgə yaşamaq. Razılaşdım. Xoşbəxtəm".

Qeyd edək ki, Sezer bundan əvvəl Zeynep Yılmazla evli idi. O, keçmiş xanımından qalmaqallı şəkildə ayrılıb.