“Xaç atası”nın prodüseri xərçəngin qurbanı oldu

“Xaç atası”nın prodüseri xərçəngin qurbanı oldu
364 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xaç atası” filminin prodüseri Qrey Frederikson vəfat edib.

Axşam.az xəbər verir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən prodüser 85 yaşında Oklahomadakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Frederikson “Xaç atası” trilogiyasında ikinci filmin prodüseri kimi "Oskar"a layiq görülüb. Bundan əlavə, o, iş adamı Robert Kerrin həyatından bəhs edən televiziya sənədli filmi layihəsinə görə "Emmi" mükafatı alıb.