"Küləklə keçdi" filminin sonuncu aktyoru vəfat etdi

"Küləklə keçdi" filminin sonuncu aktyoru vəfat etdi
1156 dəfə oxunub
  • A-
  • A
  • A+

"Küləklə keçdi" filminin yaşayan sonuncu aktyoru Mikki Kun vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 91 yaşında Floridada yerləşən dünyasını dəyişib. Həyat yoldaşı açıqlamasında ölümündən əvvəl səhhətində problem olmadığını bildirib.

Qeyd edək ki, Mikki yeddi yaşında olarkən Marqaret Mitçelin eyniadlı romanı əsasında çəkilən layihədə Eşli Uilks və Melani Hamiltonun oğlu rolunu ifa edib. Sözügedən obrazları aktyorlar Lesli Hovard və Oliviya canlandırıblar.

Daha sonralar bir çox ekran işində rol alan aktyor 1957-ci ildə sənətdən uzaqlaşıb.