Bu qərarı Aslı Ənvərə baha başa gəlib

Bu qərarı Aslı Ənvərə baha başa gəlib
2747 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, yeni ailə quran aktrisa Aslı Ənvər ana olmağa hazırlaşması səbəbindən "Benim adım Farah" serialına çəkilməkdən imtina edib.

Axşam.az xəbər verir ki, bu addımı aktrisaya baha başa gəlib. Belə ki, Aslı hər bölüm üçün 150 min dollar (254 min 991 manat) almalı olduğu layihə üçün təzminat ödəməli olacaq. İlkin məlumata görə, bu məbləğ 15 min dollar (25 min 499 manat) təşkil edir.

Xatırladaq ki, aktrisa 9 gün əvvəl sevgilisi, iş adamı Berkin Gökbudak ilə ailə qurub.