Türkiyəli məşhur müğənni Hadisə bir müddətdir onun haqqında müxtəlif iddialar səsləndirən aparıcılar Bircan Bali, Seren Serengil və Arto kimi tanınan Harutyan Dalğanın sözlərinə sərt reaksiya verib.
Axşam.az xəbər verir ki, ifaçı davamlı olaraq "Söylemezsem olmaz" proqramında ünvanına səsləndirilən fikirlərin tənqid və şantaj olunduğunu açıqlayıb:
"Bu adamlar mənim şəxsi həyatıma təcavüz edirlər. Şantaj var, təhdid var. Karyeram ərzində heç kimlə polemikada olmamışam. Mənə ayaqlı Roberto Karlos deyənlər oldu, kök deyənlər oldu və daha nələr dedilər, amma həmişə susdum.
Əvvəla mən qadınam, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, neçə dəfə hamilə qaldım və neçə dəfə abort etdirdim. O gün göz həkimindən çıxanda da abort etdirdiyimi dedilər. Bu insanlara görə məşuqə oldum, beldən aşağı ağlınıza gələ biləcək çox şeyə məruz qaldım. İl yarımdır ki, bu adamlar tərəfindən şantaj olunuram.
İnsandırlar deyirəm, amma bu insanlığa yaraşacaq bir şey deyil. Bu insanlar mənim şəxsi həyatımı rəsmi şəkildə zorlayırlar. Şantaj, təhdid... Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər? Buradan bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə səslənirəm. Bu şantaj, təhdid rəsmi olaraq şəxsi həyatıma təcavüzdür! Heç bir məşhur və ya məşhur qadını bu şəkildə təhdid etmək olmaz, heç kəsi belə şantaj etmək olmaz. Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacağam! Təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış və yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacağam.
Beldən aşağı hər kəs haqqında danışmaq hüququ görən bu proqramların mütləq nəzarət altına alınması lazımdır, sizin maqazin xəbərləri dediyiniz şey insanları təhdid etmir".