Ronaldo ilə Messinin fotosu şirkətə bu məbləğə başa gəlib

Ronaldo ilə Messinin fotosu şirkətə bu məbləğə başa gəlib
2173 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli futbolçular Kriştiano Ronaldo ilə Lionel Messinin birgə yer aldıqları şəkil üçün nə qədər pul aldıqları ortaya çıxıb.

Axşam.az xəbər verir ki, foto brendə ümumilikdə 4 milyon 300 min dollara (7 milyon 320 min 165 manat) başa gəlib. Belə ki, Ronaldoya instaqramda paylaşdığı post üçün 2,4 milyon (4 milyon 085 min 834 manat), Messiyə isə 1,7 milyon dollar (2 milyon 894 min 125 manat) ödəniş edilib.

Qeyd edək ki, futbolçuların sözügedən fotosunu ayrı-ayrılıqda çəkdiyi, görüntünün fotoşop olduğu ortaya çıxıb.