Olqa Buzova Conini ona dəyişdi - Fotolar

Olqa Buzova Conini ona dəyişdi - Fotolar
905 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Conidən (Cahid Hüseynli) övlad sahibi olmaq istədiyini deyən müğənni, teleaparıcı Olqa Buzova bu dəfə fikrini dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında sualları cavablandırarkən yazıb. O, "Uşaq istəyirsiniz" sualına belə cavab verib:

"Bəli, çox istəyirəm. Əvvəl qız, sonra isə oğlan. Hətta adlarını da çoxdan düşünmüşəm. Amma övladlarımın yalnız sevdiyim adamdan dünyaya gəlməsini istəyirəm. İstəyirəm ki, öladlarımın mehriban valideynləri, evi, ailəsi olsun. Geriyə az bir şey qalıb - sevimli kişi, səni gözləyirəm".

Olqa daha sonra yerli məşhurlardan kimdən övladının olmasını istədiyi ilə bağlı suala cavab yazıb:

“İnanmayacaqsınız, amma həqiqətən uşaqlarımı Sergey Lazarevdən (red. - rusiyalı müğənni, iki övladı var) dünyaya gətirərdim. O, ağıllı, istedadlı və təcrübəsi olan atadır. Və çox yaraşıqlıdır. Eh ... ".

Qeyd edək ki, Olqa daha əvvəl Conidən övlad sahibi olmaq istədiyini demişdi.