Ziyafətdə tacları ilə diqqət çəkdilər - Fotolar

Ziyafətdə tacları ilə diqqət çəkdilər - Fotolar
1787 dəfə oxunub
  • A-
  • A
  • A+

Keyt Middlton Kraliça II Elizabetin ölümündən sonra Şahzadə kimi ilk dəfə tədbirdə iştirak edib.

Axşam.az xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Böyük Britaniyaya dövlət səfərinə gəlib. Dünən axşam Bukinqem sarayında onun şərəfinə ziyafət təşkil olunub. Gecədə kral ailəsinin üzvləri - Kral III Çarlz, Kraliça-konsort Kamilla, Şahzadə Uilyam və Keyt Middlton, Şahzadə Edvard və Uesseks qrafinyası Sofi də iştirak edib.

Bu, Keytin iştirak etdiyi ilk dövlət qəbulu olub. O, gecədə Çarlzla evli olarkən mərhum Şahzadə Dianaya 1982-ci ildə II Elizabet tərəfindən verilən "Eşq düyünü" adlı tacı taxıb.

Bundan başqa ziyafətdə Kamilla da tacı ilə diqqət çəkib. O, bu tip gecələrdə II Elizabetin tez-tez taxdığı mavi daşlı tacdan istifadə edib.