Stiven Spilberqə “Qızıl ayı” veriləcək

Stiven Spilberqə “Qızıl ayı” veriləcək
428 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli rejissor Stiven Spilberq gələn ilin fevralında keçiriləcək 73-cü Berlin Beynəlxalq Film Festivalında fəxri “Qızıl ayı” mükafatını alacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, dünya kinosuna verdiyi töhfələrə görə təltif olunacaq.

19 dəfə “Oskar” mükafatına namizəd olan rejissor çəkdiyi “Çənələr”, “Yadplanetlilər” və “Yura dövrünün parkı” filmlərinə görə bu mükafata layiq görülüb.