Gürcü müğənni “Sarı gəlin”ə klip çəkdirdi - Video

Gürcü müğənni “Sarı gəlin”ə klip çəkdirdi - Video
606 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcü müğənni Veriko Turaşvili “Sarı gəlin” mahnısını ifa edərək ona çəkdiyi klipi təqdim edib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.

“Ən çox sevdiyim Azərbaycan xalq mahnısı “Sarı gəlin”i öz ifamda təqdim edir, sizin mədəniyyətinizə olan sonsuz hörmətimi və sevgimi bildirirəm” deyə, V.Turaşvili bildirib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl Qarabağa səfər edib və Azərbaycan dilində mahnıların yer aldığı albom çıxartmaq niyyətində olduğunu deyib.