“Cek Sərçə” qayıdır

“Cek Sərçə” qayıdır
583 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Depp çəkilməkdən imtina etdiyi "Karib dənizinin quldurları” filmi ilə bağlı qərarını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. Bildirilib ki, aktyor çoxseriyalı filmin 6-cı bölümündə də yer alacaq. Belə ki, 5 il aradan sonra çəkilişlər üçün çağırılacaq aktyorlar siyahısında Deppin də adı yer alıb. 

"Dənizdə bir gün" ("A day at the sea") adlı bölümün çəkilişlərinə isə fevralda başlanılacağı deyilib.

Xatırladaq ki, aktyor keçmiş həyat yoldaşı Ember Hörd tərəfindən ittiham edildikdən sonra karyerasında problemlər yaranmışdı.

Qeyd edək ki, Depp ekran işində “Cek Sərçə” obrazını canlandırırdı.