"Yasak elma"dakı bu səhnə müzakirələrə səbəb oldu - Video

"Yasak elma"dakı bu səhnə müzakirələrə səbəb oldu - Video
3530 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yayımlanan reytinqli seriallardan olan "Yasak elma" yenidən müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, son bölümdə xəstəxanada fəaliyyət göstərən tibb bacısının həkimə və qonaq gələn pasiyentinə çay servis etməsi sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər tibb bacısının belə bir vəzifəsi olmadığını bildirərək ssenaristləri tənqid ediblər.

Ekran işindəki sözügedən səhənəyə görə layihənin ünvanına "Serialdakı "Tibb bacısı, bizə 2 çay gətir" sözü qəbul edilə bilməz. Onlar, ümumiyyətlə tibb işçiləri çayçı deyil", "Tibb bacısı peşəsi sizin düşüncənizin çata bilməyəcəyi qədər müqəddəsdir. Peşəmizə təhqir kimi gördüyümüz bu səhnəyə görə, üzr istəməyinizi gözləyirik", "Ekran işinin həddini bilməz ssenaristinə səslənirəm, sizin bu qədər aşağılayıcı səhnələrinizə ehtiyac duymuruq", "Serialın ssenariti bütün tibb bacılarından üzr istəməlidir" kimi şərhlər gəlib.

Qeyd edək ki, layihənin baş rollarını aktrisalar Eda Ece və Şevval Sam canlandırır. Sözügedən səhnədə isə aktyorlar Biran Damla Yılmaz və Emre Kızılırmak rol alıb.