"Həmkarlarımın qonorarına gülməyim gəlir"

"Həmkarlarımın qonorarına gülməyim gəlir"
1896 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melislə alış-veriş mərkəzində görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sandal Yeni il gecesi səhnəyə çıxan həmkarlarının yüksək qonorarlar almasına münasibət bildirib:

"Normal bir vaxtdan fərqli olaraq 2-3 qat artıq məbləğlər ola bilir. Amma bəzilərinin alacağı qonorarı görəndə gülməyim gəlir. Bəziləri piyar olsun deyə, qiyməti yüksək göstərməyə çalışırlar. 30 ildir bu sahədəyəm, mən aldanmıram. Əslində xalq da inanmır".