Rza ilə Hadisənin eyni vaxtda Mayamidə olduğu ortaya çıxdı - Video

Rza ilə Hadisənin eyni vaxtda Mayamidə olduğu ortaya çıxdı - Video
2430 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Cənubi azərbaycanlı iş adamı Rza Zarrabın Türkiyəli müğənni Ebru Gündeşlə evli olduğu müddətdə Hadisə ilə də münasibətdə olduğu iddia edilib.

Axşam.az xəbər verir ki, iddiaları gücləndirən nüanslar arasında ikilinin vatsap yazışmalarının ortaya çıxmasının ardından daha bir sübut irəli sürülüb. "Beyaz TV"də yayımlanan "Beyaz maqazin" proqramında Hadisənin Britaniya hava yolları ilə İngiltərədən Mayamiyə gedən bileti də aldığı bildirilib. Onun həmin vaxt bileti Mayamidə olan Rzanın yanına getmək üçün aldığı deyilib. Ümumilikdə 4 dəfə belə səyahət qeydə alınıb. Bu uçuşlardan birinə -  29 oktyabr 2019-cu il tarixinə (gediş) olan qeydiyyat isə canlı yayımda izləyicilərə təqdim olunub.

Proqramda biletin biznes klass olmadığı bildirilərək "Rza Hadisəyə bunu layiq" görüb deyə də vurğulanıb. Bundan başqa, geri dönüş biletinin tarixinin 20 yanvar 2020-ci olduğu əlavə edilib. 

Proqramın aparıcılarından olan Bilal Özcan haqqında deyilən iddialara sərt reaksiya verən Hadisənin çıxıb 4 kəlmə "Mənim Rza ilə münasibətim olmayıb" deyə bilməməsinə də məna yükləyə bilmədiyini bildirib.