Bu il ən çox onların adı axtarışa verilib - Siyahı

Bu il ən çox onların adı axtarışa verilib - Siyahı
1543 dəfə oxunub
  • A-
  • A
  • A+

"The New York Post" 2022-ci ildə internet istifadəçilərinin "Google" axtarış sistemi vasitəsi ilə adlarını ən çox axtarışa verdiyi ulduzların reytinqini dərc edib.

Axşam.az xəbər verir ki, siyahıya bu il keçmiş həyat yoldaş Conni Depplə qalmaqallı məhkəmə işində uduzan aktrisa Ember Hörd liderlik edib.

Amerikada onun adı ayda orta hesabla 5,6 milyon dəfə axtarışa verilib. Ay ərzində 5,5 milyon dəfə digər axtarılan şəxs isə sözsüz ki, Conni Depp olub. 

Axtarışda üçüncü yeri bu il dünyasını dəyişən Böyük Britaniyanın mərhum Kraliçası II Elizabet (adı ayda 4,3 milyon dəfə axtarışa verilib) tutub.

Dördüncü yerdə amerikalı futbolçu Tom Bredi (ayda 4,06 milyon dəfə) qərarlaşıb. Onun model Jizel Bündxendən boşanması ilin ən çox müzakirə olunanları sırasında yer almasına səbəb olub.

İlk onluqda yer alanlar sırasında tviterin yeni sahibi İlon Mask (3,19 milyon dəfə), Hollivudun ən qalmqallı şilləsini vuran Uill Smit (3,15 milyon dəfə), "Stranger Things" ulduzu Milli Bobbi Braun (2,78 milyon dəfə) və "Euphoria"nın aktrisası Zendaya (Zendaya Koulman) (2,71 milyon dəfə) yer alıb.