Məşhur hitin ifaçısı vəfat etdi

Məşhur hitin ifaçısı vəfat etdi
3313 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni-bəstəkar, aktrisa və prodüser Ayrin Kara vəfat edib.

Axşam.az xəbər verir ki, 63 yaşında evində dünyasını dəyişib. İfaçının ölüm səbəbi hələlik müəyyən edilməyib. Bu barədə onun agenti Cudit Muz məlumat yayıb.

Qeyd edək ki, Kara karyerası ərzində dörd musiqi albomu buraxıb. O, “Flash Dance” filminin saundtreki olan “What a Feeling” mahnısına görə "Oskar", "Qızıl Qlobus" və "Qremmi" mükafatlarına layiq görülüb. Kara həmçinin, 20-dən çox film və serialda rol alıb.