Bunlar əsəblərinizi sakitləşdirəcək

Bunlar əsəblərinizi sakitləşdirəcək
3793 dəfə oxunub
  • A-
  • A
  • A+

Gündəlik həyatımızda baş verən hadisələrə sevindiyimiz qədər də əsəbiləşirik. Əsəb insan sağlamlığına ziyandır. O, bir çox xəstəliklərin ortaya çixmasına səbəb olur. 

Axşam.az xarici sayta istinadən əsəbləri sakitləşdirəcək məlhəm təqdim edir: 

· Qatırquyruğu, bağayarpağı, cökə ağacının özəyi, xəşəmbul, kalendula, yulaf küləşi, qaragilə yarpağından eyni miqdarda götürüb qarışdırın. Qarışıqdan 10 qram götürüb, 2 stəkan qaynar suya töküb, 3 saat isti yerdə saxlayın. Gündə 3 dəfə, yeməkdən 20 dəqiqə sonra bu məlhəmdən 100 ml. içmək əsəbləri sakitləşdirir.
 
· Mərsindən, mələkotundan, ağ söyüd kökündən, gicitkəndən, badrəncdən, çobanyastığından, mayaotundan və sürvədən eyni miqdarda götürüb qarışdırın. 2 stəkan suyu qaynadıb, içərisinə qarışıqdan 10 qr. əlavə edib, isti yerdə 1,5 saat saxlayın. Məlhəmdən gündə 4 dəfə, yeməkdən 20 dəqiqə sonra 70-100 ml. qəbul etmək əsəb xəstəliklərinin qarşısını alacaq.

Adıçəkilən otlar apteklərdə satılır.