Məşhur cütlük Ketrin Zeta Consla Maykl Duqlas evliliklərinin 22-ci ildönümünü qeyd edib.
Axşam.az xəbər verir ki, 53 yaşlı aktrisa "The telegraph"a açıqlamasında həyat yoldaşı ilə münasibətləri haqqında maraqlı açıqlamalar verib.
"Uzun müddət bir insanla yaşayıb hər gün onunla oyananda enişli-yoxuşlu yollardan keçməmək mümkün deyil. Evli olmağı çox sevirəm, amma bu barədə düşünəndə dəlilik olduğunu fikirləşirəm" deyə, Ketrin bildirib.
Aktrisa etiraf edib ki, bəzən hər şeyi dəyişdirmək istəyir:
“Haradasa 25 ildir onunla bir oyanıram. O, mənim sərvət xərcləyərək aldığım "Chanel" çantası kimidir. Daha sonra ondan xoşum gəlmir və satışa qoymalı olduğumu düşünürəm”.
O, fikirlərini bu sözlərlə yekunlaşdırıb:
“Bir-birimizə hörmət edirik və onun məndən 25 yaş böyük olduğunu heç vaxt hiss etməmişəm. İnsanların dediklərini xatırlayıram: "Sənin 50 yaşın olanda onun 75 yaşı olacaq". Bəli, amma bu sadəcə riyaziyyatdır".