İranlı reper barəsində ölüm hökmü çıxarıldı

İranlı reper barəsində ölüm hökmü çıxarıldı
2264 dəfə oxunub
  • A-
  • A
  • A+

İranlı reper Tumac Salehi kütləvi etirazlara dəstək verdiyi üçün onu ölüm cəzası gözləyir.

Axşam.az "CBC News"a istinadən xəbər verir ki, Salehi oktyabrda ifa etdiyi mahnılarında İran hakimiyyətini tənqid etdikdən və 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı ölkədə keçirilən nümayişləri açıq şəkildə dəstəklədikdən sonra həbs olunub.

Reperin yaxınları bildiriblər ki, haqqında ölüm qərarı çıxarılan Salehi “Allaha qarşı müharibə aparmaqda” ittiham edilir. Hətta ona özünümüdafiə üçün vəkil tutmaq belə qadağan olunub. 

Qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi səbəbindən etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 20 yaşlı Hədis Nəcəf, 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi də öldürülüb. Bu günə qədər davam edən etirazlarda saxlanılanlar arasında iranlı  məşhurlar da var.