Rusiyalı biznesmen helikopter qəzasında öldü

Rusiyalı biznesmen helikopter qəzasında öldü
966 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı iş adamı, “Forex Club”ın təsisçisi Vyaçeslav Taranın olduğu helikopter qəzaya uğrayıb.

Axşam.az xəbər verir ki, hadisə biznesmen İsveçrədən Monakoya qayıdarkən baş verib. Onunla yanaşı 35 yaşlı pilot da hadisə yerində həlak olub.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, iş adamının 3 övladı var və 10 ildir Monakoda yaşayırdı.