"Kiborq" və "Kapitan Amerika" filmlərinin rejissoru Albert Pyun vəfat edib.
Axşam.az xəbər verir ki, amerikalı kinorejissor 70 yaşında Las-Veqasda dünyasını dəyişib. Həyat yoldaşının sözlərinə görə, bir neçə il əvvəl dağınıq skleroz və demens diaqnozu qoyulan Albertin ölümündən bir neçə ay əvvəl vəziyyəti xeyli pisləşib.
Qeyd edək ki, rejissorun debüt işi 1982-ci ildə ekranlara çıxan "Qılınc və sehrbaz" filmi olub. Bir çox ekran işlərinin rejissor kürsüsündə əyləşən Albert Jan-Klod Van Damm, Snup Doq, Kristofer Lambert, Çarli Şin, Kris Kristofferson kimi bir çox başqa məşhurlarla əməkdaşlıq edib.
