"Tv8" kanalında yayımlanan "Tuzak" serialı final qərarı alıb.
Axşam.az xəbər verir ki, baş rollarını Akın Akınözü, Bensu Soral, Talat Bulut və Rıza Kocaoğlunun canlandırdığı ekran işi 13-cü bölümdə izləyiciləriylə vidalaşacaq.
Buna səbəb isə layihənin reytinqlərdə gözlənilən nəticəni verməməsi olub.
Qeyd edək ki, serialın bir neçə gün əvvəl yayım saatı dəyişdirilmişdi.