Qalmaqallı reklama görə məşhur brend itirməkdə davam edir

Qalmaqallı reklama görə məşhur brend itirməkdə davam edir
1016 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur fransız markası "Balenciaga" brendi pedofiliyanı təbliğ etməkdə ittiham olunması ilə bağlı davam edən narazılıqların fonunda ilk dəfə açıqlama yaymalı olub.

Axşam.az xəbər verir ki, brend uşaq oyuncaqlarının üzərində olan porno geyimlərdən yersiz istifadəsinə görə məsuliyyətini etiraf etsə də, təbliğatla bağlı iddiaları təkzib edib. Bildirilib ki, bu əşyalar üçüncü şəxs tərəfindən təmin edilib və dizayna kifayət qədər diqqət yetirməyiblər.

Əlavə ediblər ki, onlar bu cür layihələr üzərində işləmək prinsiplərinə yenidən baxacaqlar və uşaqların müdafiəsi məsələlərini işıqlandırmağa kömək edən təşkilatlarla işləyəcəklər.

Bundan başqa, ötən gün bəlli olub ki, nüfuzlu moda nəşri "Business Of Fashion" brendin kreativ direktoru Demna Qvasaliyadan "Global Voices" mükafatını geri alıb. Bu barədə "BoF"un rəsmi bəyanatında yazılıb.