Heyli Biber hamiləliyi ilə bağlı iddiaları cavabladı

Heyli Biber hamiləliyi ilə bağlı iddiaları cavabladı
2429 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber haqqında yenidən çıxan hamiləlik xəbərlərinə cavab verib.

Axşam.az xəbər verir ki, model bu dəfə daha açıq məlumat yayaraq səhhətində problem olduğunu vurğulayıb:

"Mənim alma boyda yumurtalıq kistam var. Lakin məndə endometrioz və ya yumurtalıqların polikistozu deyil. Kist artıq bir neçə dəfə yaranıb. Məni ağrılar, ürəkbulanma, şişkinlik, sıxılmalar və əhval dəyişikliyi müşayiət edir".

Bundan başqa, o, keçirdiyi mikroinsult haqqında da danışıb. Heylinin sözlərinə görə, həkimlər onun beynində oksigen çatışmazlığına səbəb olan qan laxtası aşkar ediblər. Hadisədən sonra o, ürəyindən əməliyyat olunub.