Dünya ulduzlarını bir araya yığan gecədən - Fotolar

Dünya ulduzlarını bir araya yığan gecədən - Fotolar
936 dəfə oxunub
  • A-
  • A
  • A+

32-ci dəfə baş tutan "Gotham Awards"un qalibləri bəlli olub.

Axşam.az xəbər verir ki, "Hər şey, hər yerdə" adlı ekran işi "İlin ən yaxşı filmi" nominasiyasında qalib olub. Filmdə rol alan Ke Hui Kvan "Ən yaxşı köməkçi aktyor" seçilib. Baş rolların ifaçıları arasında isə “Till” filminin aktrisası Daniel Deduayler mükafata layiq görülüb.

"Ən yaxşı rejissor" nominasiyasının birinciliyi “Mənim günəşim” filmini çəkən Şarlot Uellsə verilib. Ən yaxşı ssenariyə görə mükafat “Tar” filminə görə Todd Fildə verilib.

Ən yaxşı beynəlxalq film nominasiyasında rejissor Audrey Divanın çəkdiyi "Hadisə" dramı, sənədli film kateqoriyasında isə "Hər şey nəfəs alır" mükafat qazanıb.