Kirkorov və Lazarevə qarşı gözlənilməz ittiham

Kirkorov və Lazarevə qarşı gözlənilməz ittiham
694 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov və müğənni Sergey Lazarev uşaq sahibi olmaq üçün qeyri-ənənəvi dəyərləri təbliğ etməkdə günahlandırılır.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Nina Ostanina açıqlamasında deyib. O, surroqat anaların pullu xidmətinə müraciət edərək övlad sahibi olan sənətçiləri yanlış təbliğatda ittiham edib.

“Kirkorov və Lazarevə qarşı deyiləm, qoy yaşasınlar, oxusunlar və sağlam olsunlar. Mən ailələrdə uşaq sahibi olmağın qeyri-ənənəvi üsulunun təbliğinin əleyhinəyəm. Lazarev də Kirkorov kimi uşaq sahibi olub. Onlar öz uşaqlarını satın ala biləcəklərini göstərdilər. Bu, qeyri-ənənəvi dəyərlərin təbliğidir" deyə, deputat "Радиоточке НСН"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, surroqat anaların pullu xidmətləri uşaq alqı-satqısından başqa bir şey deyil. O, xatırladıb ki, Rusiyada insanların alqı-satqısı qadağandır.