“Miss Yer Kürəsi" seçildi - Fotolar

“Miss Yer Kürəsi" seçildi - Fotolar
2628 dəfə oxunub
  • A-
  • A
  • A+

“Miss Yer Kürəsi 2022" müsabiqəsinin qalibi bəlli olub.

Axşam.az xəbər verir ki, ötən gün baş tutan müsabiqədə bu ad Cənubi koreyalı xanım Mina Syu Çoya təqdim olunub.

"Miss Hava 2022" avstraliyalı Şeridan Mortlok, "Miss Su 2022" fələstinli Nadin Ayub, "Miss Alov 2022" tituluna isə kolumbiyalı Andrea Aqilera layiq görülüb.

İlk 8-liyə Zimbabve, Belçika, Puerto-Riko və Hollandiya nümayəndələri də daxil olub.

Qeyd edək ki, ümumilikdə müsabiqədə 86 ölkənin nümayəndəsi iştirak edib.