"Forbes" tarixində iki ilk birdən yaşandı - Fotolar

"Forbes" tarixində iki ilk birdən yaşandı - Fotolar
1352 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "Forbes" bu il də ənənəvi "30-dan aşağı 30" siyahısını təqdim edib.

Axşam.az xəbər verir ki, bu il nəşrin tarixində iki ilk birdən yaşanıb. Onlardan biri məşhur model Heyli Biberin də adının bu siyahıda olmasıdır. O, qalmaqallı "Rhode" brendi ilə siyahıya daxil ola bilib. Nəşrin məlumatına görə, şirkət artıq səkkiz rəqəmli gəlir əldə edir.

Digər ilklərdən biri isə 27 yaşlı reper Meqan Thee Stallionun "Forbes"in xüsusi buraxılışının üz qabığında yer alması olub. O, bunu bacaran qazanan ilk qaradərili qadın kimi tarixə düşüb. "Forbes"ə görə, Meqan bu il 13 milyon dollar qazanıb.

Siyahıya həmçinin 25 yaşlı aktrisa Sidney Svini, 29 yaşlı braziliyalı pop ulduz Anitta, 20 yaşlı aktrisa Sadi Sink və 20 yaşlı amerikalı model Kuanna Çeyzinqhors daxildir.