Aktrisa Zendayanın (Zendaya Koulman) sevgilisi, həmkarı Tom Hollandla nişanlandığı iddia edilib.
Axşam.az xəbər verir ki, bu barədə iddialar cütlüyün birlikdə çəkilən fotosu sosial mediada yayıldıqdan sonra ortaya çıxıb. İkilinin münasibətlərini rəsmiləşdirmə yolunda ilk addımı atdığı iddia edilsə də, tərəflər bunu təsdiqləyəcək hər hansı rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Zendaya və Tom "Hörümçək adam: Evdən uzaqda" filminin baş rollarını canlandırıb.
