94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smit aparıcı Kris Roka vurduğu şillədən sonra ilk dəfə tədbirə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor xanımıyla birlikdə rol aldığı "Emansipasiya" filminin premyerasına qatılıb. Gecədə onların övladları da işitirak edib.
Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurmuşdu. Sosial mediada sürətlə yayılan görüntülərdən sonra aktyor həmkarından üzr istəmişdi.