Şahzadə Uilyamla həyat yoldaşı şahzadə Keyt Middltonun Amerikaya rəsmi səfəri davam edir.
Axşam.az xəbər verir ki, cütlük ötən gecə "Earthshot 2022" mükafatlandırma mərasiminə qatılıblar. Maraqlı məqamlardan biri Middltonun gecədə geyindiyi libası qarderobundan seçməməsi, onu icarəyə götürməsi olub. "Daily Mail" nəşrinin məlumatına görə, "Solace London" brendindən olan paltarın 4 günlük kirayəsi cəmi 100 dollar (170 manat) edib.
Onun obrazı 1993-cü ildə Malayziyaya dövlət səfəri zamanı mərhum Şahzadə Diananın görünüşünü xatırladıb. Eyni rəngə üstünlük verən Middlton görünüşünü Diananın tez-tez taxdığı zümrüd Kraliça Meri boyunbağı ilə tamamlayıb.
Bu bəzək əşyası 1911-ci ildə Hindistanda mərhum Kraliça II Elizabetin nənəsi Kraliça Meriyə hədiyyə verilib.