"GQ Türkiyə" mükafatlandırma mərasimində yaşanan daha bir qalmaqal ortaya çıxıb.
Axşam.az xəbər verir ki, gecədə mükafat almalı olan müğənni Mabel Matiz səhnəyə dəvət olunmayıb. Bununla bağlı ifaçı sosial media hesabında yazıb. O, bunun LGBT-ni təbliğ etdiyi deyilən "Karakol" klipi ilə əlaqəli olduğunu bildirib.
Mükafatın rəsmi səhifəsində məsələ ilə bağlı açıqlama paylaşılıb, bunun qəsdən edilmədiyi, təşkilatçıların səhvi olduğu deyilib və Matizdən üzr istəyiblər.
Qeyd edək ki, sözügedən gecədə aktyorlar Uraz Kaygılaroğlu ilə Cem Yılmaz arasında da gərginlik yaranmışdı.
Onu da qeyd edək ki, Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK sözügedən mahnının radio və televiziyalarda yayımını qadağan edib.

