Sevda Ələkbərzadə üç illik arzusuna qovuşdu

Sevda Ələkbərzadə üç illik arzusuna qovuşdu
2290 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Ələkbərzadə üç ildir üzərində işlədiyi layihəsini nəhayət ki, tamamlayıb. 

O, Axşam.az saytına açıqlamasında yeni layihənin albom və klipdən ibarət olduğunu bildirib:

“Mən layihələrim üzərində çox ciddi çalışıram. Buna görə də, yeni işim bu qədər uzun çəkdi. Albomda çox ciddi əsərlər yer alıb. Onu həm də xaricdə təqdim edəcəyəm”.

Müğənni xalq artisti İlhamə Quliyeva ilə olan duetlərinin aqibətindən də danışıb:

“Dueti İlhamə xanımın repertuarından olan “Mən səni araram” mahnısına oxuyacağıq. Artıq aranjiman işləri bitib. Yaxın günlərdə onu da təqdim edəcəyəm”.