Çeçenistan hökumətini tənqid etməsi ilə tanınan bloger Tumso Abdurahmanov İsveçdə qətlə yetirilib.
Axşam.az xəbər verir ki, bu barədə «Радио Свобода» məlumat yayıb. Bildirilib ki, bloqer dekabrın 2-si gecə saatlarında İsveçdə güllələnib. İsveç hüquq-mühafizə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Abdurahmanov Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumları ilə mübahisə yaşadıqdan sonra 2015-ci ildə Rusiyanı tərk edib. O, İsveçdə siyasi mühacir statusu alıb. 2020 və 2021-ci illərdə Abdurahmanov və onun qardaşı Məhəmmədə qarşı sui-qəsd cəhdləri olub. Rusiya vətəndaşı olan həmin şəxslər məhkəmənin qərarı ilə (kişi 10 il, qadın isə 8 il) azadlıqdan məhrum edilib.