Lepsin daha bir qalmaqalı ortaya çıxdı - Həbs oluna bilər

Lepsin daha bir qalmaqalı ortaya çıxdı - Həbs oluna bilər
924 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Qriqori Lepsin Sankt-Peterburqda 60 illiyi münasibətiylə baş tutan konsertindəki qalmaqallar bitmək bilmir.

Axşam.az xəbər verir ki, müğənni konsertindən sonra bara gələn qonaqlardan biri ilə küçədə dava edib. Lepsin xəsarət yetirdiyi 39 yaşlı şəxs polisə şikayət edib. Zərərçəkmişin sözlərinə görə, ona burnun sınığı diaqnozu qoyulub.

Həmçinin, Lepsin ondan nərd oyununda iştirak etməsini və 10 min dollar mərc təklifi irəli sürməsini istəyib. O, isə pulu olmadığı üçün bundan imtina edib və nəticədə aralarında dava yaranıb.

Məsələ ilə bağlı Lepsə qarşı “Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə” maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə əsasən o, iki ilə qədər həbs oluna bilər.

Qeyd edək ki, hadisədən əvvəl Leps konserti zamanı səhnədə əlindəki mikrafonu yerə çırpmışdı.