Aktrisa Ember Hörd keçmiş həyat yoldaşı aktyor Conni Deppə qarşı 68 səhifəlik yeni apellyasiya şikayəti verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın vəkilləri məhkəmə prosesinin doğru aparılmadığını iddia edərək etiraz ediblər.
Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.