Pınarı tənqid edənləri dəstəklədilər - Video

Pınarı tənqid edənləri dəstəklədilər - Video
1670 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Altın kelebek" mükafatları təqdim olunmazdan əvvəl başlayan narazılıq tədbirdən sonra daha da artıb.

Axşam.az xəbər verir ki, növbəti tənqidlərdən biri yenidən aktrisa Pınar Denizin ünvanına yazılıb. "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə birinci olan Pınarın nitqi də təndiqlərdən yan keçməyib.

Belə ki, çıxışı zamanı o, "İzlədiyim bir filmdə uşaqlar pula görə qətlə yetirilirdi və bu mənə çox təsir etdi, səhərə qədər ağladım. İnsanlara kömək etməli olunduğumu düşündüm" deyə bildirib.

Onun bu çıxışına izləyicilərdən biri "Bu çıxışından sonra axtardım və bəhs etdiyi filmin "Qanlı almaz" olduğunu tapdım. Uşaqların almaz üçün həyatlarından məhrum olduğunu görübmüş. Bəs, sizcə, Pınar məşhur olandan sonra nə edib? Bir zinət brendinin siması kimi "Kann" film festivalına gedib" deyə, yazıb. Digər maraqlı məqam isə şərhi bəyənənlər arasında aktrisalar Burcu Özberk və Farah Zeynep Abdullahın da olması olub. 

Qeyd edək ki, daha əvvəl Pınarın gecəyə seçdiyi geyimi bəyənilməmişdi.