"Altın kelebek"lə bağlı qalmaqallar bitmək bilmir.
Axşam.az xəbər verir ki, "İlin ən yaxşı romantik komediya aktrisası" nominasiyası üzrə mükafatın İlayda Alişana verilməsi müzakirələrə səbəb olub.
Sosial media izləyiciləri onu 6 mövsümdür "Yasak elma" serialındakı "Yıldız" obrazı ilə seçilən aktrisa Eda Ece ilə müqayisə ediblər. Onlar Edanın bu mükafata daha çox layiq olduğunu vurğulayıblar.
Həmçinin, Edanın bu günə qədər bir dəfə də olsun bu mükafata layiq görülməməsini qınayıblar.