Asiyalı aktrisa ilin ikonası seçildi

Asiyalı aktrisa ilin ikonası seçildi
731 dəfə oxunub
  • A-
  • A
  • A+

“Time” jurnalı “Geyşanın xatirələri”, “Əyilən pələng”, “Gizli əjdaha” və “Hər yerdə, bir anda” filmləri ilə məşhurlaşan malayziyalı aktrisa Mişel Yeonu 2022-ci ilin ikonu seçib.

Axşam.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat paylaşılıb.

O, Asiya kinosunda populyar olsa da, 2021-ci ildə ekranlara çıxan “Hər yerdə, bir anda” filminin premyerasından sonra Hollivudda da şöhrət qazanıb.

Qeyd edək ki, Daniel Şaynert və Den Kvanın filmi aktrisaya Oskar qazandıra bilər.